русская версия
СМИ о премии
06.06.13
Mərhum yazar Milli Kitab Mükafatı müsabiqəsinin qalibi oldu
Milli Kitab Mükafatı qaliblərinin adları açıqlanıb. “Media forum” saytı xəbər verir ki, müsabiqənin baş mükafatına (3 min manat) “Əfqanıstan uçurumu” əsəri layiq görülüb. Əsərin müəllifi mərhum yazıçı-publisist Zakir Sadatlıdır. Zakir Sadatlı bu il 53 yaşında vəfat edib.

Pərvin Nurəliyevanın “Balerina” əsəri ikinci (2 min manat), rusdilli müəllif Malik Dursunovun “Kara dayı” əsəri üçüncü (1000 manat) yeri tutub.

Ən yaxşı uşaq nağılının müəllifi nominasiyasında Əfsanə Laçın, ən yaxşı gənc yazar nominasiyasında Şəhriyar Del Gerani, ən yaxşı şeir nominasiyasında Qəşəm Nəcəfzadə qalib olub. Onların hər birinə 300 manat mükafat düşür.

MKM-i 2009-cu ildə “Əli və Nino” Nəşriyyat Evi təsis edib. Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.

"Media forum"
http://www.mediaforum.az