русская версия
Новости
27.08.2013
Milli Kitab Mükafatı qaliblərinin kitabları nəşr olundu
2013-cu ildə keçirilən Milli Kitab Mükafatı qaliblərinin kitablarl nəşr olundu
İyunun 5-də MKM-in münsifləri 3 qalibin adlarını açıqladı. 1-ci yerin qalibi – Zakir Sadatlı (3000 manat) , 2-ci yerin qalibi – Pərvin Nurəliyeva (2000 manat), 3-cü yerin qalibi – Malik Dursunov (1000 manat) pulmükafatları ilə təltif olundular. Kitablar Bakının bütün kitab evlərində satışda olacaq. Eyni zamanda kitabları internet vasitəsilə də əldə etmək mümkündür (www.alinino.az saytı)



Qaliblərin kitabları yalnız ənənəvi kağız formatda yox, həm də həm elektron formatda nəşr olunacaq. Qısa bir zamanda kitabların elektron variantlarını həm mobil telefon, həm planşet, həm kompyuter vasitəsilə oxumaq mümkün olacaq.

Xarırladaq ki, 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir. Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər. MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb. Martın 1-də Ekspertlər Şurası 20-liyi elan etdilər. Martın 15-də 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) elan olundu və Münsiflər Heyətinə təqdim olundu.

Mükafatın münsiflər heyəti belədir (əlifba sırasıyla): Çingiz Abdullayev, Pərviz Cəbrayıl, Nərgiz Cəlilova, Rafiq Əliyev, Mehriban Ələkbərzadə, Əkrəm Əylisli, Ramiz Fətəliyev, Cəmil Həsənlı, Şahbaz Xuduoğlu, Rüstəm İbrahimbəyov, Hamlet İsaxanlı, Elxan Qaraqan, Niyazi Mehdi, Rəşad Məcid, Afaq Məsud, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Ayaz Salayev, Elçin Şıxlinski

MKM Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılmasıdır.

Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.