Nizamnamə
NİZAMNAMƏ /Ümumi müddəalar

1.1 Milli Kitab Mükafatı “Əli və Nino” Nəşriyyat Evi tərəfindən təsis edilir.
1.2 Mükafatın təsis edilməsində məqsəd ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsindən ibarətdir.
1.3 Mükafat hər ildən bir verilir. Mükafatın başlanması barədə məlumat kütləvi informasiya vasitələri ilə elan edilir.
1.4 Müsabiqəyə minimum 40 000 işarədən (məsafə ilə) ibarət olan hekayələr, povestlər, romanlar, povest və ya hekayələr məcmusu təqdim edilə bilər.
1.5 Mükafata müəllifin vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün əsərlər və əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşı tərəfindən yazılmış əsərlər təqdim oluna bilər
1.6 Müsabiqəyə, mükafat başlanan tarixdən 10 ildən gec yazılmamış və ya nəşr olunmamış əsərlər təqdim edilə bilər.
1.7 Müəlliflərin yaşı, yaşayış yeri və əsərlərinin nəşredilmə yeri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmur.
1.8 Mükafatların sayı, məbləği, mükafat fondunun məbləği və işlərin qəbulu üçün ünvan mükafatın təsisçisi tərəfindən hər il müəyyənləşdirilir və əsərlərin qəbulundan əvvəl elan edilir.


NİZAMNAMƏ/Mükafatın əldə edilməsi üçün əsərlərin təqdim edilməsi ilə bağlı qaydalar

2.1 Əsər müəllifin özü tərəfindən müsabiqəyə təqdim olunur.
2.2 Müsabiqəyə nəşr olunmuş və nəşr olunmamış əsərlər təqdim oluna bilər. Təqdim edilmiş əlyazmalar redaktə edilmir və qaytarılmır.
2.3 Müsabiqəyə təqdim edilən əsər mükafat prosesinin başlanması barəsində edilən elandan 10 ildən gec müddətdə yazılmamış olmalıdır.
2.4 Şərikli müəllifli olan əsər Mükafat laureatı olduğu təqdirdə, Mükafatın məbləği müəlliflər arasında bərabər miqdarda bölünür.
2.5 Hər müəllif ən çox üç əsər təqdim edə bilər.
2.6 Yazılmış əsərin minimal həcmi məsafələrsiz 40.000 işarədən az olmamalıdır. Maksimal həcmlə bağlı məhdudiyyətlər qoyulmur.
2.7 Müsabiqədə iştirak üçün aşağıdakı materiallar Mükafatın poçt (Azərbaycan, Bakı şəhəri, Tağıyev küç., 19) və ya elektron ünvanına (info@mkm.az) göndərilməlidir:
- Əlyazma (mətn redaktorunda yığılmış) və ya çap olunmuş kitab. Maşında yığılmış və ya əllə yazılmış mətnlər qəbul olunmur.
- Doldurulmuş və müəlliflə bağlı lazımi məlumat – adı/soyadı, əlaqə nömrələri, qısa tərcümeyi halı, nəşrlərin sayı (əgər mövcuddursa) və habelə əsərin tam adını əks etdirən ərizə blankı (Mükafatın saytında yerləşdirilmişdir) əlyazma ilə birgə göndərilir.
2.7.1 Yalnız Mükafatın poçt və ya elektron ünvanına göndərilmiş və 2.7-cı bənddə göstərilmiş hər iki materialdan ibarət olan məktublar nəzərdən keçirilir.
2.8 Nəzərdən keçirilmə üçün göndərilən bütün əsərlərə qeydiyyat nömrəsi verilir.


NİZAMNAMƏ/Münsiflər Heyəti

3.1 Münsiflər Heyəti Mükafatın təsisçisi tərəfindən təsdiq olunur.
3.2 Münsiflər Heyətinin tərkibində müxtəlif peşə sahibləri olur: yazıçılar, alimlər, sahibkarlar, ictimai xadimlər, mədəniyyət xadimləri, jurnalistlər.
3.3 Münsiflər Heyətinə üzv olan şəxslər öz əsərlərini müsabiqəyə təqdim edə bilməzlər.
3.4 Münsiflər Heyətinin üzvü Ekspertlər Şurasında iştirak edə bilməz.
3.5 Münsiflər Heyətinin tərkibi hər il dəyişə bilər.
3.6 Münsiflər Heyətinin siyahısı Mükafatın saytında qeyd olunur.
3.7 Münsiflər Heyətinin üzvlərinin vəzifələrinə “qısa siyahıya” salınmış əsərlərin oxunması və onların on ballıq cədvələ görə və səsvermə bülleteninə əsasən qiymətləndirilməsi aiddir.
3.8 Doldurulmuş bülleten Münsiflər Heyətinin üzvü tərəfindən Mükafatın katibliyinə göndərilir.
3.9 Doldurulmuş bülleten katibliyə təqdim edəndən sonra Münsiflər Heyətinin üzvü onu geriyə çağıra və ya ballarını dəyişdirə bilməz.
3.10 Münsiflər Heyətinin səsvermə nəticələrinə görə çıxardığı qərar yekundur və dəyişdirilə bilməz.


NİZAMNAMƏ/Ekspertlər Şurası

4.1 Ekspertlər Şurasının üzvləri Təsisçi tərəfindən təyin olunur.
4.2 Ekspertlər Şurasına yazıçılar, tərcüməçilər, ədəbi tənqidçilər, ədəbiyyatşünaslar, elmi işçilər, nəşriyyat evlərinin, kitabxanalarının və kütləvi informasiya vasitələrinin işçiləri cəlb edilə bilər.
4.3 Ekspertlər Şurasının üzvü eyni zamanda Münsiflər Heyətinin üzvü ola bilməz.
4.4 Ekspertlər Şurasının üzvləri müsabiqədə iştirak edəcək əsərlərin ekspertizasını aparır. Ekspertizanın aparılmasında üzvlər öz ədəbiyyat zövqlərinə əsaslanır.
4.5 Ekspertlər Şurasının üzvləri müsabiqədə iştirak üçün öz əsərlərini təqdim edə bilməzlər.
4.6 Ekspertlər Şurası, bu Nizamnamənin 6-cı bəndində göstərilmiş tarixdən gec olmayaraq, əsərlərin “uzun siyahısını” elan edir. “Uzun siyahı”ya müsabiqədə iştirak üçün təqdim olunmuş və Ekspertlər Şurasının ilkin seçim mərhələsindən keçmiş, o cümlədən əsərin və əlavə edilmiş sənədlərin 2-ci bənddə göstərilmiş təqdimetmə şərtlərinə uyğunluğu məqsədilə, daxil olunur. Siyahı mükafatın İnternet-saytında nəşr edilir və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə elan edilir.
4.7 “Uzun siyahının” nəticələrinə görə və bu Nizamnamənin 6-cı bəndində göstərilmiş tarixdən gec olmayaraq, Ekspertlər Şurası Münsiflər Heyətinə on əsərədək təqdim edir (“Qısa siyahı”). Ekspertlər Şurasının Münsiflər Heyətinə təqdim etmiş əsərlər siyahısı (“Qısa siyahı”) Ekspertlər Şurasının ümumi qərarı ilə təsdiq edilir. Siyahı mükafatın İnternet-saytında nəşr olunur və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə elan edilir.
4.8 “Qısa siyahı” kütləvi informasiya vasitələrin nümayəndələrinin qarşısında Nizamnamənin 6-cı bəndində göstərilmiş müddətdə elan edilir və mükafatın İnternet-saytında nəşr olunur.
4.9 Ekspertlər Şurasının üzvləri müsabiqədə iştirak etmək üçün təqdim edilmiş əsərlər barəsində açıq şərhlərlə çıxış etmir və “Uzun siyahıya” və “Qısa siyahıya” salınmış əsərlər barəsində məlumat elan edilməyənədək heç yerdə açıqlanmır.


NİZAMNAMƏ/Səsvermə nəticələrinin qiymətləndirilməsi

5.1 Mükafat laureatları səs vermiş Münsiflər Heyəti üzvlərinin ballarının adi qaydada hesablanması ilə müəyyənləşdirilir.
5.2 Bir neçə əsərə eyni miqdarda ballar verildikdə, belə əsərlərin yüksək bal almasını əks etdirən bülletenlər hesablanır. Ən yüksək bal yığmış əsər qalib elan edilir. Bu göstərici bir neçə əsər üzrə eyni olduqda, həmin əsər yüksək baldan sonra aldığı növbəti balı əks etdirən bülletenlər əsasında hesablanır.
5.3 Balların hesablanması ilə Hesablama Komissiyası məşğul olur. Hesablama Komissiyasının tərkibinə Mükafat katibliyinin işçiləri daxildir.
5.4 Laureat kimi tanınmış əsərlərin müəlliflərinə mükafat komplektləri və pul vəsaitləri təqdim olunur.
5.5 Münsiflər Heyətinin üzvləri ilə doldurulmuş bülletenlər Mükafat katibliyində mükafat nəticələrinin elan olunmasından sonra bir il ərzində saxlanılır.
5.6 Münsiflər Heyətinin səsvermə nəticələri təltifetmə mərasimində və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə elan olunur və Mükafatın rəsmi saytında qeyd olunur.


NİZAMNAMƏ/Mükafat prosesinin müddətləri

6.1 Mükafat hər il 28 avqust tarixindən gec olmayaraq elan olunur.
6.2 Müsabiqə üçün işlərin qəbulu Mükafatın elan olunması günü başlanır.
6.3 Müsabiqə üçün işlərin qəbulu hər il 16 noyabr tarixində bitir.
6.4. “Uzun siyahı” hər il 1 mart tarixindən gec olmayaraq elan olunur.
6.5 “Qısa siyahı”hər il 15 mart tarixindən gec olmayaraq elan olunur.
6.6 Mükafat laureatları hər il 04 iyun tarixindən gec olmayaraq elan olunur.