Xəbərlər
05.06.13
Milli Kitab Mükafatının qalibləri elan olundu
Milli Kitab Mükafatı qaliblərinin adları açıqlandı.

1-ci yerin qalibi – Zakir Sadatlı
2-ci yerin qalibi – Pərvin Nurəliyeva
3-cü yerin qalibi – Malik Dursunov

Ən yaxşı gənc yazar – Şəhriyar Del Gerani
Ən yaxşı şeir nominasiyası - Qəşəm Nəcəfzadə
Ən yaxşı uşaq nağılı - Əfsanə Laçın

1-ci yerin qalibi 3000 min, 2-ci yerin qalibi 2000 min, 3-cü yerin qalibi isə 1000 manat pul mükafatı ilə təltif olundu. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat verildi.

Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, “Bakcell şirkəti Azərbaycan mədəniyyətinə dəstək olub və bundan sonrada əlindən gələni edəcəkdir. Miili Kitab Mükafatı məqsədimizi gerçəkləşdirən layihədir”.

Bank Respublika ASC İH-nin sədr müavini Rafael Qasımov bildirdi ki, Bank Respublika fəxr edir ki, Azərbaycan ədəbiyyatına dəstək verir.

MKM-nin təsisçisi Nigar Köçərli dünyasını dəyişən yazarların xatirəsini yad edərək onlara həsr edilən xatirə çarxını nümayiş etdirdi. “MKM böyük ənənəsinə sabiqdir, ədəbiiyyatın inkişafı naminə əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik”

Xarırladaq ki, 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir. Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər. MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb. Martın 1-də Ekspertlər Şurası 20-liyi elan etdilər. Martın 15-də 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) elan olundu və Münsiflər Heyətinə təqdim olundu.

Mükafatın münsiflər heyəti belədir (əlifba sırasıyla): Çingiz Abdullayev, Pərviz Cəbrayıl, Nərgiz Cəlilova, Rafiq Əliyev, Mehriban Ələkbərzadə, Əkrəm Əylisli, Ramiz Fətəliyev, Cəmil Həsənlı, Şahbaz Xuduoğlu, Rüstəm İbrahimbəyov, Hamlet İsaxanlı, Elxan Qaraqan, Niyazi Mehdi, Rəşad Məcid, Afaq Məsud, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Ayaz Salayev, Elçin Şıxlinski

MKM Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılmasıdır.

Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.



MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM

MKM