Xəbərlər
08.04.2013
“Ədəbiyyat Şəbəkəsi” layihəsi çərcəvəsində daha bir tədbir!
Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda uğurla davam edir.
Aprelin 7-də layihə çərçivəsində Xaçmazda növbəri kitab müzakirəsi keçirildi. Bu dəfə iştirakçılar məşhur Rus yazıçı Andrey Platonovun “CAN” povestini müzakirə etdilər. “Can” povestinin ana ideyasını insan azadlığı, insan xoşbəxtliyi, onun hərbi yolla deyil, təbiətlə harmoniyada mümkün ola biləcəyi təşkil edir. Partiya MK-sı artıq ölmüş, yer üzündən silinmiş sayılan can xalqının oğlu olan Nəzər Cağatayevi – Moskva İqtisad İnstitutunun məzununu, öz xalqını axtarıb tapmağı və bu həyata qaytarmağı, xalqını sosializmə qovuşdurmağı tapşırır. Hər yerdə qan yoluyla bərqərar olan sosializm bu dəfə sevgi ilə yaranır. Halbuki dirilən can xalqı hələ də sosializmin nə, Leninin kim olduğunu bilmir. Onlar, sadəcə, insan xoşbəxtliyinə inanır və bundan sonra ölməmək qərarına gəlirlər…
Platonov Stalinin adını çəkmədən onun idarəçiliyi haqda çox yazmışdı. Gözüaçıq və diqqətli oxucu olan Stalin isə bütün bunları anladığına görə onun əsərlərinin çapını qadağan eləmişdi. Əsərləri yalnız ötən əsrin sonlarından başlayaraq Qərbdə çap olunandan sonra Rusiyaya ayaq açmağa və geniş oxucu dairəsi qazanmağa başladı.
Müzakirə RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Kitab klubu” rubrikasında efirə gedəcək.

Xarırladaq ki, oktyabrın 21-də “Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda ilk təqdimat keçirdı. Bundan sonra Sahilə İbrahimovanın kitabı müzakirə olundu. Dekabr ayında isə Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” kitabı müzakirə olundu. Layihənin rəhbəri Nigar Köçərli, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və layihənin fəal iştirakçıları Xanım Əliyeva, Məlahət Ədilova, İbrahim Əhmədov və digərləri Regional TV-də canlı efirdə yayınlanan “Səhər” verilişində 1 saat ərzində layihə ilə bağlı ətraflı məlumat verdilər.

“Ədəbiyyat Şəbəkəsi” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən layihədir. Layihənin əsas məqsədləri:
1. Bölgələrdə yaşayan gənclərinin kitaba həvəsini artırmaq
2. Kitabı, ədəbiyyatı ictimayyələşdirmək və aktuallaşdırmaq
3. Bölgələrdə yaşayan gənc kitabsevərlər arasında şəbəkələşmə yaratmaqdır.
Bunun üçün layihə çərçəvəsində 6 ay ərzində Azərbaycanın 11 bölgəsində kitab müzakirələri təşkil olunacaq, kitabsevərlərə kitab pulsuz paylanacaq, yazıçıların imza günləri təşkil olunacaq, flashmoblar keçiriləcək.

Xaçmaz:
serdar-tagiyev@mail.ru
Tel: 070 258 78 88
050 291 78 98

Bakı:
Info@alinino.az
Tel: 012 4930412

(facebook.com/pages/Yeni-sehife/187424894706076?fref=ts )
(http://www.facebook.com/groups/bookclub.alinino/?fref=ts)