Xəbərlər
22.02.2013
“Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda uğurla davam edir!
Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda uğurla davam edir.
Fevralın 4-də layihə çərçivəsində Xaçmazda növbəri kitab müzakirəsi keçirildi. Məşhur Türk yazıçı Elif Şafakın “AŞK” romanı müzakirə olundu. Oxucularda müxtəlif fikirlər doğuran, Azərbaycan və Türkiyyədə çox populyar olan bu kitabın müzakirəsində Xaçmaz, Quba rayonlarının gənc kitabsevərləri – qızlar və oğlanlar - iştirak etdilər. Kitab haqqında çox maraqlı fikirlər səsləndirildi.

Müzakirə RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Kitab klubu” rubrikasında efirə gedəcək.

Xarırladaq ki, oktyabrın 21-də “Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda ilk təqdimat keçirdı. Bundan sonra Sahilə İbrahimovanın kitabı müzakirə olundu. Dekabr ayında isə Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” kitabı müzakirə olundu. Layihənin rəhbəri Nigar Köçərli, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və layihənin fəal iştirakçıları Xanım Əliyeva, Məlahət Ədilova, İbrahim Əhmədov və digərləri Regional TV-də canlı efirdə yayınlanan “Səhər” verilişində 1 saat ərzində layihə ilə bağlı ətraflı məlumat verdilər.

“Ədəbiyyat Şəbəkəsi” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən layihədir. Layihənin əsas məqsədləri:
1. Bölgələrdə yaşayan gənclərinin kitaba həvəsini artırmaq
2. Kitabı, ədəbiyyatı ictimayyələşdirmək və aktuallaşdırmaq
3. Bölgələrdə yaşayan gənc kitabsevərlər arasında şəbəkələşmə yaratmaqdır.
Bunun üçün layihə çərçəvəsində 6 ay ərzində Azərbaycanın 11 bölgəsində kitab müzakirələri təşkil olunacaq, kitabsevərlərə kitab pulsuz paylanacaq, yazıçıların imza günləri təşkil olunacaq, flashmoblar keçiriləcək.


Xaçmaz:
serdar-tagiyev@mail.ru
Tel: 070 258 78 88
050 291 78 98

Bakı:
Info@alinino.az
Tel: 012 4930412