Xəbərlər
05.11.2012
“Ədəbiyyat Şəbəkəsi” layihəsi Gəncədə təqdim olundu
Noyabrın 4-də Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi Gəncədə təqdim olundu. Mərkəzi Kitabxanasında keçirilən görüşdə naşir Şahbaz Xuduoğlu, layihənin rəhbəri Nigar Köçərli, Nizami Gəncəvini ingilis dilinə tərcümə edən Ragnhild Thori və Bakıda fəaliyət göstərən BookClubın 9 fəal üzvləri iştirak etdi.
Görüşdə Gəncənin müxtəlif gənclər təşkilatlarının nümayəndələri və şəhərin təhsil ocaqlarının fəal tələbələri, eləcədə yerli yazar və kitabsevərlər iştirak etdilər. Gənclərin kitaba marağı müzakirə olundu. Ölkədə olan kitab qıtlığı və yazıçıların dəstəyə ehtiyyacı müzakirə olundu. Kitab klubların yaradılmasının önəmliyi müzakirə olundu. Növbəti görüş üçün görüş yeri və vaxtı müzakirə olundu. Pulsuz kitablar paylandı.
Görüşdən sonra iştirakçılar Gəncənin mərkəzi küçələrində və Xan Bağında flashmob təşkil etdilər.
Gəncənin Kəpəz TV televiziyası tədbiri ətraflı işıqlandırdı.
“Ədəbiyyat Şəbəkəsi” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən layihədir. Layihənin əsas məqsədləri:
1. Bölgələrdə yaşayan gənclərinin kitaba həvəsini artırmaq
2. Kitabı, ədəbiyyatı ictimayyələşdirmək və aktuallaşdırmaq
3. Bölgələrdə yaşayan gənc kitabsevərlər arasında şəbəkələşmə yaratmaqdır.
Bunun üçün layihə çərçəvəsində 6 ay ərzində Azərbaycanın 11 bölgəsində kitab müzakirələri təşkil olunacaq, kitabsevərlərə kitab pulsuz paylanacaq, yazıçıların imza günləri təşkil olunacaq, flashmoblar keçiriləcək.

Əlaqələr:
Bakı:
orujov.oktay@gmail.com
Tel: 050 7358019
(http://www.facebook.com/groups/bookclub.alinino/?fref=ts)