Xəbərlər
05.11.2012
Milli Kitab Mükafatı Gədəbəydə təqdim olundu
Noyabrın 5-də Milli Kitab Mükafatının Gədəbəy şəhərində təqdimatı keçirildi. Görüş Mədəniyyət və Turizm İdarəsində (Siemens muzeyi) baş tutdu. Görüşdə MKM-in münsifi naşir Şahbaz Xuduoğlu, təsisçi Nigar Köçərli və Bakıda fəaliyət göstərən BookClubüzvləri iştirak etdi.

Görüşdə həm Gədəbəyin ziyalıları həm gənc kitabservərlər iştirak edib. İştirak edənlər Gədəbəy ziyalılarının Azərbaycan mədəniyyətində oynadıqları roldan və indiki Gədəbəydə yaşanan kitab problemlərindən danışdılar. Gənclərin arzuları isə Gədəbəydə kitab bolluğu yaratmaq və yeni kitab mərkəzləri təsis etməkdir.

Görüşdən sonra iştirakçılar Slavyanka kəndinə yollandılar. Slavyanka kənd məktəbinin rus dili müəllimi İsfəndiyar İsgəndərovun evində hətta dövlət kitavxanalarına bərabər tutula biləcək 2 mindən çox kitabı olan şəxsi kitabxana ilə tanş oldular.

İştirakçılar Slavyankada mərkəzi kənd kitabxanasına yollandılar. Bu kitabxananın nümünəvi cəhədi ondan ibrarətdir ki, Sovet dövründə nəşr olunmuş kitablarda qorunub saxlanılır.

Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir.

Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.

Əsərlər noyabrın 16-dək MKM-ə elektron (info@mkm.az) və ya poçt (Z. Tağıyev küç, 19) vasitəsi ilə çatdırılmalıdır. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. Regionlarda və təhsil ocaqlarında MKM-in təqdimatları keçiriləcək. İyirmiliyə düşən əsərlərin BookClub müzakirələri, həm Bakıda, həm bölgələrdə. www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.