Xəbərlər
23.10.2012
“Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda!
Oktyabrın 21-də Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda təqdimat keçirdı. Layihənin rəhbəri Nigar Köçərli, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, gənc yazar Sahilə və layihənin fəal iştirakçıları Xanım Əliyeva, Məlahət Ədilova, İbrahim Əhmədov və digərləri əvvəl Regional TV-də canlı efirdə yayınlanan “Səhər” verilişində 1 saat ərzində layihə ilə bağlı ətraflı məlumat verdilər. Sonra isə telekanalın “Yeni Səhifə” adında verilişin qonaqları olaraq layihənı müzakirə edib müasir Azərbaycan ədəbiyyatının problemlərindən danışdılar. İştirakçılar və onlara qoşulan Xaçmaz kitabsevərləri Xaşmazın parkında kitab ilə bağlı flashmob keçirdilər.
Xaçmazda kitaba, mütaliəyə marağı olan gənclərdən ibarət “Book Club” yaradılıb. Kitab oxuyanlar klubunda hər həftə müxtəlif bədii əsərlər müzakirə olunacaq. Müzakirəyə çıxarılacaq mətnlər 10 gün əvvəl “Əli və Nino” kitab dükanları şəbəkəsi və “Qanun” nəşriyyatı tərəfindən Xaçmaza göndəriləcək. Klub üzvləri əsəri oxuduqdan sonra müzakirə günü müəyyən olunacaq. Əksər müzakirələrə müəllif də qatılacaq ki, bu da üzvlər üçün irad və təkliflərini birbaşa müəllifə ünvanlamağa şərait yaradacaq. İlk müzakirə noyabrın 4-ü Xaçmaz şəhərində keçiriləcək. Hədəf gənc yazar Sahilənin “Yuxarı və Aşağı ətraflar” romanıdır. Müzakirələrdə müəllif də iştirak edəcək.

Qeyd edək ki, “Book club”da gedən müzakirələr RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Kitab klubu” rubrikasında efirə gedəcək. Kluba üzv olmaq, müzakirələrə qatılmaq istəyən gənclər aşağıda göstərilən elektron ünvana yaza, eyni zamanda telefon nömrəsi ilə əlaqə saxlaya bilər. “Yuxarı və Aşağı ətraflar” romanını klub üzvlərinə pulsuz veriləcək. Region gənclərini müzakirəyə dəvət edirik İstəklər RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Facebook” səhfəsinə də yaza bilərlər:

Xaçmaz:
serdar-tagiyev@mail.ru
Tel: 070 258 78 88
050 291 78 98

Bakı:
orujov.oktay@gmail.com
Tel: 050 7358019

(facebook.com/pages/Yeni-sehife/187424894706076?fref=ts )
(http://www.facebook.com/groups/bookclub.alinino/?fref=ts)