Xəbərlər
25.08.12
Milli Kitab Mükafatı yenidən başlayır
Avqustun 28-də saat 12-də Milli Kitab Mükafatına start veriləcək. Tədbirdə layihədə yer tutan yeniliklər ilə bağlı məlumat veriləcək.

Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. MKM-nin Münsiflər Heyətini Azərbaycanın nüfüzlu şəxsiyyətləri təmsil edir. Layihənin baş sponsoru Bakcell şirkəti, rəsmi sponsoru isə Bank Respublika QSC və “Əli və Nino” Nəşriyyat evidir

Tədbir Beynəlxalq Media Mərkəzində baş tutacaq.