Xəbərlər
25.11.09
Milli Kitab Mükafatı artıq Lənkəranda!
Milli Kitab Mükafatının bütün respublikanı əhatə etməsi üçün Təşkilat Komitəsi və Münsiflər Heyəti tarixən ədəbi mərkəzlər sayılan Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran, Şəki və Quba şəhərlərində ətraf rayonlardan da dəvət olunacaq ziyalılarla və gənclərlə görüşlər keçirəcək və layihə barədə məlumat verəcəklər.

İlk görüş noyabrın 26-da saat 15-00-da Lənkəran İdarəçilik Universitetində keçiriləcək. Hamınızı gözləyirik!