News
14.03.2013
Milli Kitab Mükafatında açıq Appelyasiya Şurası keçirildi
Martın 13-ü saat 15.00-də Milli Kitab Mükafatının açıq Apellyasiya Şurası keçirildi. MKM-in uzun siyahısına etiraz edən müəlliflər (Tahir Paşa, Nəcəf Talıbov, Vügar Cəfəroğlu, Fərid Hüseynli, Qaşqay Oruclu) toplantıya qatıldılar.

Müzakirə zamanı yazıçılar öz iradlarını bildirdilər və ekspertlərin rəyləri ilə tanış oldular. Müzakirə çox aktiv, bəzən çox gərgin formada keçdi.

Muzakirədən sonra Ekspertlər Şurası bu məsələni yenidən gözdən keçirməklə nəticə etibarıyla Martın 1-də elan olunmuş siyahıya hər hansı bir dəyişiklik etməmək qərarına gəldilər.

Martın 15-də elan olunması nəzərdə tutulan qısa siyahının elanı müəyyən müddətə təxirə salınıb. Bununla bağlı əlavə məlumat veriləcəkdir.