Mükafata Namizəd ol
Əsər müəllifin özü tərəfindən müsabiqəyə təqdim olunur. Müsabiqədə iştirak üçün həm nəşr olunmuş, həm də nəşr olunmamış əsərlər təqdim oluna bilər. Təqdim edilmiş əlyazmalar redaktə edilmir və qaytarılmır. Müsabiqəyə təqdim edilən əsər mükafat prosesinin başlanması barəsində edilən elandan 10 ildən gec müddətdə yazılmamış olmalıdır. Şərikli müəllifli olan əsər Mükafat laureatı olduğu təqdirdə, Mükafatın məbləği müəlliflər arasında bərabər miqdarda bölünür. Hər müəllif ən çox üç əsər təqdim edə bilər. Yazılmış əsərin minimal həcmi məsafələr daxil olmaqla 40.000 işarədən az olmamalıdır. Maksimal həcmlə bağlı məhdudiyyətlər qoyulmur. Müsabiqədə iştirak üçün aşağıdakı materiallar Mükafatın poçt (Azərbaycan, Bakı, Tağıyev küç., 19) və ya elektron ünvanına (info@mkm.az) göndərilməlidir:

1. Əlyazma (mətn redaktorunda yığılmış) və ya çap olunmuş kitab. Maşında yazmalar və ya əllə yazılmış mətnlər qəbul olunmur.

2. Doldurulmuş və müəlliflə bağlı lazımi məlumatı – adı/soyadı, əlaqə nömrələri, qısa tərcümeyi halı, nəşrlərin sayı (əgər mövcuddursa) və habelə əsərin tam adını əks etdirən ərizə blankı (Mükafatın saytında yerləşdirilmişdir) əlyazma ilə birgə göndərilir.

Yalnız Mükafatın poçt və ya elektron ünvanına (info@mkm.az) göndərilmiş hər iki materialdan ibarət olan məktublar nəzərdən keçirilir. Nəzərdən keçirilmə üçün göndərilən bütün əsərlərə qeydiyyat nömrəsi verilir.

Yükləmək